“Atletiko”nun futbolçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirə bilər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu “Napoli”nin diqqət mərkəzinə düşüb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Napoli”nin Braziliya əsilli ispaniyalı futbolçunu icarəyə götürmək istədiyi bildirilib.
Bu mövsüm La Liqada 16 qarşılaşmada iştirak edən Kosta, 2 qol vurub. Onun “Atletiko” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.