Taekvondo üzrə Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 15-də İngiltərənin Mançester şəhərində start götürəcək yarışa 10 idmançı yollanacaq.
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında səfərə Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.
Komandaya federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, dünya çempionatın mayın 19-dək davam edəcək.