İyunun 3-də saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

***

ONA-nın məlumatına görə, sürücü Vasif Abbasov sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.