İyunun 3-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Respublikanın avtomobil yollarında dünən 4 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.