Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə kənd sakinləri - Elman Dadaşov və Sabir Qasımova məxsus taxıl sahələrində baş verib.
Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb.
İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.