İtaliyanın “Yuventus” klubu “Fiorentina”nın futbolçusu Federiko Kyeza ilə anlaşıb.
Unikal.org xəbər verir ki, Turin təmsilçisinə keçmək niyyətində olan hücumçu 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Anlaşmaya əsasən, F.Kyeza ildə 5 milyon avro qazanacaq. Amma forvardın keçidi “Fiorentina” rəhbərliyinin qərarından asılı olacaq.
Müqavilə ilə Florensiya təmsilçisinə bağlı olan hücumçu rəhbər dəyişikliyini gözləyir. Belə ki, klubun indiki sahibləri F.Kyezanı satmayacaqlarını qəti şəkildə bəyan ediblər. Lakin sabahdan “bənövşəyiilər” yeni sahibkar Rokko Kommissonun sərəncamına keçəcək. Futbolçunun transfer məsələsi də məhz klubun yeni sahibindən asılı olacaq.