Alp dağlarında təyyarə qəzası baş verib.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Simplon aşırımında qeydə alınıb.

Məlumata görə, İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə "Piper" aşırıma düşüb və yanıb. Qəza zamanı pilot və 2 sərnişin həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı təhqiqat aparılır.