Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov  saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə  aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

****10:53

Gəncədə odlu silahla saxlanılan "Ramoş" ləqbli şəxslə əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.