Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.
Unikal.org xəbər verir ki, Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. 1995, 1997 və 1999-cu il təvəllüdlü həmin üç qız Azərbaycan İqtisad Universitetinin tələbələri imiş.
Hazırda hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin FHN-in yanğınsöndürənləri araşdırma aparır.
23:32
Paytaxtın Səbail rayonunda mənzildə yanğın olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Bayıl qəsəbəsi Mirzə Mustafayev küçəsi 14 ünvanında mənzildə kirayə yaşayan üç Şri-Lanka vətəndaşı dünyasını dəyişib. Ölən şəxslərin tələbə olduğu bildirilir. Onların meyiti həmin ünvanda aşkarlanıb.Əraziyə təcili tibbi yardım briqadası və polislər cəlb olunub.
Famil Fərhadoğlu