"Barselona" klubu koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirləri görəcək.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, klub bütün əməkdaşlar üçün iş gününü və buna mütənasib olaraq əmək haqlarını azaldacaq.
Klubun yaydığı açıqlamada "Barselona” Futbol Klubu tərəfindən qəbul edilən tədbirlər əmək qanunvericiliyinə və ədalət meyarlarına söykənir. Bizim hədəfimiz klubun fəaliyyətinin mümkün qədər tez yenilənməsidir" qeydi yer alıb.
Xəbərdə "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniya səhiyyəsinin departamentinə keçəcəyi də qeyd olunub.