Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.
 

Unikal.org TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.


Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.

 

Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.