Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib.