“Rəqəmlərdə müəyyən stabilləşmə var. Bu da hər birimizi sevindirir”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətin bütün resursları səfərbər olunub: “Dünyadakı epidemioloji vəziyyət də yaxşı deyil. Azərbaycan qlobal müstəvidə də ardıcıl səylərini davam etdirir. Bu gün BMT Baş Asambeleyasının xüsusi sessiyası öz işinə başlayıb. BMT-nin tarixində 30-cu dəfədir ki, xüsusi sessiya çağırılıb.”