“Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”.
Unikal.org xəbər verir ki, bu sözləri vaxtı ilə erməni rejissor Arşak Zakaryan deyib. O, Dağlıq Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq sərsəmləyir, “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik. Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”, - deyib.
Qeyd edək ki, türklərə nifrəti ilə tanınan və bununla əlaqədar filmlər çəkən Zakaryan Birinci Qarabağ müharibəsi dövründə separatçı rejim üçün Los-Ancelesdən dəfələrlə yardım gətirib. Əvəzində isə o, Azərbaycanın işğal olunmuş dilbər guşəsi olan Kəlbəcərdə böyük restoranın açıb.