Almaniyanın "Bavariya" komandasının futbolçusu Tomas Müllər Çempionlar Liqasında yeni uğura imza atıb.

Unikal.org "Goal" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu turnirin bombardirləri siyahısında ilk "10-luğ"a daxil olub.

Təcrübəli forvard qrup mərhələsinin V turunda İspaniyada Madrid "Atletiko"su ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə fərqlənib. Bu, Müllerin turnirdə 47-ci qolu olub.

Çempionlar Liqasında ən çox qolu İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu vurub - 131. İspaniyanın "Barselona" komandasında oynayan Lionel Messi 118 qolla ikinci, Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski isə üçüncüdür - 71.