DSX-nın zabiti, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov cəbhədə minaya düşərək hər iki gözünü itirən Qazi Amil Əliyevi ziyarət edib.
Unikal.org xəbər verir ki, F.Umudov Azərbaycan ordusu ilə fəxr etdiyini dilə gətirib, şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyib.
"Hər bir Azərbaycan vətəndaşı, hər bir zabit müzəffər Ali Baş Komandanin ətrafında sıx birləşib. Birliyin nəticəsidir ki, belə qələbələr qazanılır.
Hamımız qürur hissi keçiririk ki, Azərbaycanin sizin kimi övladları var.
Qarabağımız bizdədir. Suverenliyimizi bərpa etmişik, torpaqlarımız azad olunub.
Təlimlərdə də oldum, doyüs bölgəsində də gördüm ki, hər bir Azərbaycan əsgərinin üzərində silahla bərabər bayraq da var. Biz də azərbaycanlı olaraq sizin yanınızdayıq.
Sizinlə fəxr edirik, qürur hissi keçiririk".