Azərbaycan çempionu “Qarabağ”ın hesabına növbəti vəsait daxil olub.
Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi 46 min 390 min avro əldə edib.
UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının UEFA reytinqinə əsasən tutduğu mövqe nəzərə alınmaqla, cari mövsüm avrokuboklarda mübarizəni davam etdirdiyi üçün 20 min avro qazanıb. Digər 26 min 390 avro Avropa Liqasının 2019/20 mövsümündən balans təşkil edib.