İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos La Liqa təmsilçisində qalmaqla bağlı fikrini dəyişib.

Unikal.org xəbər verir ki, buna səbəb “kral klubu”nun təklifinin onu qane etməməsidir. İspanlar mərkəz müdafiəçisi ilə maksimum yeni 2 illik müqaviləyə razıdırlar. Ramos isə uzunmüddətli sözləşmə istiyir. İspan ulduzun istədiyi təkliflə Fransa çempionu PSJ çıxış edib.

34 yaşlı oyunçunun hazırda PSJ-yə keçməyi düşündüyü qeyd olunur.