Türkiyə Super Liqasında XI tur davam edir.
Unikal.org xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.
Ortabab “Rizəspor”u qəbul edən debütant “Fatih Karagümrük” minimalhesablı qalibiyyətə sevinib.
Cari mövsüm qələbə üzü görməyən “Ankaragücü” “Antalyaspor”la görüşdə də bu həsrətə son qoya bilməyib.
“Fənərbaxça” autsayderlər zonasında qərarlaşan “Dənizlispor”un qonağı olub. İstanbul təmsilçisi yarım saatdan çox azlıqda çıxış etməsinə baxmayaraq, rəqibini məğlub etməyi bacarıb.
Tura dekabrın 7-də keçiriləcək “Trabzonspor” – “Sivasspor” (20:30) oyunu ilə yekun vurulacaq.