Gənclər və İdman Nazirliyini tərəfindən “İdmanı Qarabağa qaytarırıq” adlı poster hazırlanıb.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samaya Məmmədova Unikal.org-a açıqlamasında deyib. Nazirliyin sözçüsü bildirib ki, bu sırf simvolik xarakter daşıyır:
“Sözügedən poster simvolik xarakter daşıyır. Məqsəd rayonlarımızda hansı idman qurğuları olduğunu və erməni vəhşiliyi nəticəsində dağıldığını göstərməkdir. Təbii ki, qayıdışdan sonra daha gözəl məkanlar olacaq. Amma xüsusi vurğulamalıyam ki, dövlət tərəfindən investisiya proqramı hazırlanacaq. Bu investisiya proqramı əsasında, mərhələli şəkildə müasir, dünya standartlarına cavab verən idman qurğuları tikilib istifadəyə veriləcək”.