Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.
Unikal.org xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun oyunları keçiriləcək.
H qrupunda “Mançester Yunayted” səfərdə “Leyptsiq”in qonağı olacaq. “Qırmızı şeytanlar” üçün heç-heçə də pley-off mərhələsinə yüksəlmək üçün kifayət edir. Qrupun digər matçında PSJ Türkiyə çempionu “Başakşəhər”i qəbul edəcək.
F qrupunda Rusiyanın “Zenit” klubu doğma meydanda Dortmund “Borussiya”sını qəbul edəcək. Belçika “Brügge”si isə “Latsio”nun qonağı olacaq. İtaliya təmsilçisinə pley-off üçün bərabərlik də kifayə edir, “Borussiya” isə ötən tur pley-offa vəsiqəni təmin edib.
G qrupu çərçivəsində pley-offa vəsiqəni təmin edən “Barselona” və “Yuventus” klubları üz-üzə gələcəklər. Qrupun digər oyununda Kiyev “Dinamo”su Macarıstanın “Ferentsvaroş” komandasını sınağa çəkəcək.
Qrup mərhələsinə sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur
8 dekabr
F qrupu
21:55 Zenit (Rusiya) – Borussiya (Dortmund, Almaniya)
21:55 Latsio (İtaliya) – Brügge (Belçika)
E qrupu
00:00 Çelsi (İngiltərə) – Krasnodar (Rusiya)
00:00 Renn (Fransa) – Sevilya (İspaniya)
G qrupu
00:00 Barselona (İspaniya) – Yuventus (İtaliya)
00:00 Dinamo (Kiyev, Ukrayna) – Ferentsvaroş (Macarıstan)
H qrupu
00:00 Leyptsiq (Almaniya) – Mançester Yunayted (İngiltərə)
00:00 PSJ (Fransa) – Başakşəhər (Türkiyə)
9 dekabr
D qrupu
21:55 Ayaks (Niderland) – Atalanta (İtaliya)
21:55 Midtyulland (Danimarka) – Liverpul (İngiltərə)
A qrupu
00:00 Bavariya (Almaniya) – Lokomotiv (Moskva, Rusiya)
00:00 Zalsburq (Avstriya) – Atletiko (İspaniya)
B qrupu
00:00 İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)
00:00 Real (İspaniya) – Borussiya (Münhenqladbax, Almaniya)
C qrupu
00:00 Mançester Siti (İngiltərə) – Marsel (Fransa)
00:00 Olimpiakos (Yunanıstan) – Portu (Portuqaliya)