Ötən ay vəfat edən əfsanəvi futbolçu Maradona haqqında daha bir xəbər yayılıb. Bu dəfə argentinalı jurnalistlərdən biri futbolçunun sağlığında aylıq xərcinin nə qədər olduğu haqqında araşdırma aparıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maradonanın aylıq xərcinin 100 min avro olduğu bildirilib. 60 yaşında həyatını itirən futbolçu hər ay bu pulu sadəcə özünə xərcləməyib.
Onun sağlığında böyük maddi yardımlar etdiyi məlum olub. Hətta özü açıqlamalarından birində hər ay 50-dən çox ailəyə yardım etdiyini deyib.
Həmin şəxslər arasında qohumları və tanışları da var. Futbolçu pulunun bir qismini isə xaricdə yerləşən mülklərinin xərci üçün ayırırmış. O, dəfələrlə müflis olan dostlarına da köməklik edib.