İngiltərə Premyer Liqasının 16-cı turunda bu gün saat 22:00-da keçirilməli olan "Tottenhem" - "Fulhem" matçı təxirə salınıb.

Unikal.org xəbər verir ki, "Tottenhem"in rəsmi saytı bu barədə məlumat paylaşıb. "Fulhem"in heyətində qeydə alınan koronavirusa yoluxmaya görə matç təxirə salınıb. Ləğv edilən matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, daha öncə "Everton" - "Siti" matçı da koronavirusa yoluxma səbəbindən təxirə salınmışdı.