"Yuventus"un və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldonun sosial şəbəkələrdəki izləyici sayı 500 milyona çatmaqdadır.
Unikal.org xəbər verir ki, "Facebook", "Instaqram" və "Tvitter"in ən populyar idmançılardan biri olan Ronaldo izləyici sayını artırmaqda davam edir. 35 yaşlı hücumçu bu üç platforma üzrə izləyici sayını 485 milyona çatdırıb.
Belə ki, "İnstagram"da 249 milyon, "Facebook"da 145,8 milyon, "Tvitter"də isə 90,1 milyon izləyici ilə Ronaldo yaxın zamanlarda 500 milyona çatacaq kimi görünür.
Qeyd edək ki, Lionel Messi "Facebook" və "İnstaqram" üzərindən 275 milyon, Neymar isə hər üç platforma üzərindən 265 milyon izləyiciyə sahibdir.