Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilməsi nəzərdə tutulan ənənəvi sambo çempionatı təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də paytaxt Tokioda planlaşdırılan yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını deyib.

Həmçinin qeyd olunub ki, 23 iyul -8 avqust tarixlərində Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.