İtaliya A Seriyasının 19-cu turunda “Milan” evində “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
Unikal.org xəbər verir ki, bununla da “Milan” 22 dekabr 2019-cu ildən bu yana ən böyük hesablı məğlubiyyətə uğrayıb. Komanda elə həmin vaxt da “Atalanta”ya 0:5 hesabı ilə məğlub olmuşdu.
Bu mövsüm “Milan” həmçinin Avropa Liqasında “Lil” komandasına 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, “Milan” yanvarın 26-da İtaliya kubokunda “İnter”lə qarşılaşacaq.