“Keşlə”nin baş məşqçisi Yuns Hüseynov istefa verib.
Unikal.org xəbər verir ki, 55 yaşlı mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.
Qeyd edək ki, Hüseynov 2020-ci ilin avqustunda komandamızın baş məşqçisi təyin olunmuşdu.