Türkiyə Super Liqasında XXI tura yekun vurulub.
Unikal.org xəbər verir ki, son gündə 3 oyun keçirilib.
Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Kasımpaşa” ilə “Sivasspor”un duelindən birincilər qalib ayrılıb.
“Alanyaspor” - “Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib.
Çempionluğa iddia edən “Fənərbaxça” doğma arenasında autsayderlərdən olan “Kayserispor”u 3:0 hesabı ilə məğlub edib.