Qismət olarsa, Azərbaycana getmək istəyirəm.
Unikal.org xəbər verir ki, bunu “Fənərbağça” klubunun yeni transferi Mesut Özil deyib.
“Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyirəm. Təkcə oradakı fənərbağçalılara deyil, bütün Azərbaycana salam göndərirəm”, - deyə məşhur futbolçu yeni komandası ilə müqavilənin imzalanması mərasimində bildirib.
Qeyd edək ki, M.Özil “Fənərbağça” klubu ilə 3,5 illik müddətə müqavilə imzalayıb.