Bakıda Mədəniyyət sarayından oğurluq olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.