İsrail XİN Birləşmiş Ərəb Əmirliklərinə ilk səfir təyinatını həyata keçirib.
Unikal.org xəbər verir ki, Amir Hayek ölkənin BƏƏ-dəki səfiri vəzifəsinə təyinat alıb.
O, Sənaye, Ticarət və Əmək Nazirliyinin Baş direktoru, İsrail İstehsalçılar Assosiasiyası və İsrail Mehmanxana Assosiasiyasının rəhbəri olub.
Qeyd edək ki, hazırda İsraili BƏƏ-də müvəqqəti olaraq Eytan Nae təmsil edir.