ABŞ-ın Kaliforniya ştatının Huntington Beaç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan "Open of Surfing"in iştirakçısını güllələyərək öldürüblər.
Unikal.org "FoxNews" istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər.
Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarında olan idmançının adı açıqlanmır.
Güllələnən şəxs dərhal xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə bilməyib.