Bu gün Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

"Unikal"ın məlumatına görə, iclasda bildirilib ki, bu sessiyada “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

Komitə iclasında çıxış edən deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.