Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.
"Unikal" xəbər verir ki, yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə 16:00) ölkə ərazisində səsvermə məntəqələri bağlanıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, səsvermədə seçici fəallığı 86,34 faiz təşkil edib.
Qeyd edək ki, seçkilərdə prezident vəzifəsi uğrunda 9 namizəd, o cümlədən hazırkı prezident Qurbanqulı Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov mübarizə aparır.