Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Mutvalı Şıxlinski iki ay müddətinə istintaq təcridxanasına göndərilib.

"Unikal" xəbər verir ki, ona qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiqi maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə o, istəmədən polis əməkdaşını vurduğunu və baş verənlərdən peşman olduğunu bildirib.

*** 18:48

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu, barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq işi açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, növbətçi işçiyə niyə zərər vurulması ilə bağlı sualı cavablandırarkən deyib:

"Bu, qəsdən olmayıb. Onu görməmişəm, sağımda olub, sonradan məlum olub. Baş verənlərdən çox təəssüflənirəm".

*** 18:18

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya emdiası məlumat yayıb. 

*** 12:08

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvalı Şıxlinski saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayətinin Vəkillər Kollegiyasının prezidenti İqor Putintsev açıqlayıb. 

Məlumata görə, vəkil Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hökumət nümayəndəsinə qarşı zorakılıq) ittihamı ilə saxlanılıb. 

Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti bildirib ki, bu gün Leninski məhkəməsi Şıxlinskinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.

Ağarza Elçinoğlu