Amerikalı rejissor və aktyor Şon Penn keçiriləcək “Oskar” mərasimində Ukrayna prezidenti Volodimir Zelenskiyə çıxış etmək imkanı verilməsini tələb edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məqsədlə ABŞ Kino Sənəti Akademiyasına müraciət edib.
Əks halda, Penn, mərasimi boykot edəcəyi ilə hədələyib.
Qeyd edək ki, Şon Penn 2009-cu ildə "Milk" ("Süd") filminə görə, ən yaxşı aktyor "Oskar"nı əldə edib.
Lakin o, bildirib ki, əgər Zelenskiyə mükafatlandırılma zamanı söz verilməsə həmin heykəldən də imtina edəcək.
Aynurə Xudaverdiyeva