Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya- Ukrayna görüşü olub.