Bu gündən etbibarən Gürcüstanda açıq havada qoruyucu maska taxmaq məcburiyyəti ləğv edilib.
"Unikal" xəbər verir ki, ictimai nəqliyyat və qapalı məkanlarda maska taxmaq tələbi qüvvədə qalır.
Gürcüstan hökumətinin qərarı ilə bu gündən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bir sıra digər məhdudiyyətlər də aradan götürülüb. Belə ki, qida obyektləri, idman, mədəni və digər ictimai tədbirlərdə ziyarətçilərin sayına qoyulmuş məhdudiyyət qüvvədən düşüb. Uzaq məsafədən çalışan şirkət əməkdaşları üçün distant iş rejimi də ləğv edilib.
Bununla yanaşı, Gürcüstana PCR test olmadan dönən ölkə vətəndaşları beşgünlük özünütəcrid rejiminə keçmək öhdəliyindən azad olunublar.
Qeyd edək ki, fevral ayının ortalarından Gürcüstanda epidemioloji vəziyyət sürətli templərlə yaxşılaşmağa başlayıb. Qonşu ölkədə pandemiyanın sona yaxınlaşdığı bildirilir.