Bəzi rus hərbçilərinin döyüşməkdən imtina etdiklərinə görə 13 il həbs cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Belə ki, SBU əsirlikdə olan rus hərbçisinin videosunu yayımlayıb. Sözügedən videoda əsgər Rusiya ilə bağlı bəzi açıqlamalar verib.
"Əsgər deyir ki, hərbi əməliyyatların başlamasına cəmi bir həftə qalmış müqavilə bağlayan çağırışçılar onların yanında olub. Döyüşməkdən imtina edənlərə 13 il həbs cəzası verilib. Bütün məhbuslar kimi o da deyir ki, heç kimi öldürməyib və ümumiyyətlə avtomatdan istifadə etməyi bilmir", - deyə SBU bildirib.
"Bu adamın sözləri nə dərəcədə doğrudur və onun dövlətimizə nə qədər ziyan vurduğunu xüsusi xidmət orqanlarının müstəntiqləri və əks-kəşfiyyatı müəyyən edəcək. Heç bir işğalçı cəzasız qalmayacaq!" - Ukrayna Təhlükəsizlik Xidməti vurğulayıb.