Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqlarının müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə dövlət başçısı onu da bildirib ki, sabah İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi nümayəndə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.