Ukraynanın Darnitski rayonunda vurulan Rusiya raketi Ukraynanın keçmiş baş naziri (1991-1992) Vitold Fokinin evinə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə sabiq nazir özü məlumat yayıb.
"Bəli, evimə ziyan dəydi. Hazırda Moldovada olan dostumun yanındayam. Mən də evə getmək istəyirdim, amma məlum oldu ki, gedəcək yer yoxdur, çünki pəncərələr və qapılar sındırılıb". Mən geri qayıda bilmərəm", - deyə bildirib.
Bildirilir ki, raketin qalıqları daha bir neçə evə ziyan vurub - orada pəncərələr sındırılıb, fasadlar kəsilib. Avtomobillər və ev heyvanları da yaralanıb. Ölən və yaralananlar olmayıb.
Gülayə Mecid