Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında Litva prezidenti Gitanas Nauseda Rusiyanın NATO üçün uzunmüddətli təhlükə olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
"Düşünürəm ki, müharibənin bitəcəyini və sonra yenidən başqa bir şey edə biləcəyimizi, dostcasına ünsiyyət qura biləcəyimizi düşünmək üçün özümüzü sakitləşdirməyə ehtiyac yoxdur" deyə Litva Prezidenti bildirib.
Nauseda onu da qeyd edib ki, NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammitinə “böyük ümidlər” bəsləyir.