Tacikistan-Qırğızıstan sərhədində atışma olub.

"Unikal" xəbər verir ki, hadisə  zamanı 1 tacikistanlı sərhədçi ölüb, 2-si yaralanıb.

***09:22

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.

"2022-ci il sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı insident baş verib", - məlumatda deyilir.

Hadisə Qırğızıstanın Batken vilayətinin Bulak-Başı kəndində qeydə alınıb. 

Gülayə Mecid