ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu paket Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində kritik ehtiyaclarını ödəməyə yönəlib.
Paketə HIMARS artilleriya raket sistemləri üçün əlavə sursatların verilməsi daxildir.
Gülayə Mecid