Böyük Britaniyanın baş naziri Liz Truss Kraliça II Elizabetin dəfn mərasimindən əvvəl ABŞ prezidenti Co Baydenlə görüşəcək.
"Unikal"ın məlumatına görə, baş nazirin ofisində məlumat verildiyi kimi, görüş dəfn mərasimi ərəfəsində - bazar günü, sentyabrın 18-də keçiriləcək.
Daha əvvəl “The Times” yazmışdı ki, Truss sentyabrın 19-da Əlahəzrətin dəfn mərasimində iştirak etmək niyyətində olan bir neçə liderləb ikitərəfli görüşlər keçirib. Matəmlə əlaqədar mətbuat konfransları keçirilməyəcək, danışıqların məzmunu ilə bağlı məlumat açıqlanmayacaq.
Truss üçün bu, Britaniya Nazirlər Kabinetinin rəhbəri kimi Baydenlə ilk görüş olacaq. O, bu vəzifəni sentyabrın 6-da - II Elizabetin ölümündən iki gün əvvəl götürüb. London Böyük Britaniya və ABŞ liderlərinin ilk ikitərəfli görüşünün ayın sonunda, Trussun BMT Baş Assambleyasının 77-ci sessiyasının işində iştirak etmək üçün Nyu-Yorka gələcəyi zaman baş tutacağını gözləyirdi.
Nəşrin məlumatına görə, Truss Böyük Britaniyanın özünün əsas müttəfiqləri hesab etdiyi digər ölkələrin liderləri ilə danışmaq niyyətindədir. Yeni baş nazir Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo və avstraliyalı həmkarı Entoni Albanese ilə danışıqlar apara bilər. Almaniya prezidenti Frank-Valter Ştaynmayer dəfn mərasiminə dəvət edildiyi üçün kansler Olaf Şolzla görüş çətin görünür. Hindistanı baş nazir Narendra Modi yox, prezident Draupadi Murmunun təmsil edəcəyi gözlənilir. İlkin məlumatlara görə, Əlahəzrətlə vida mərasimində vitse-prezident Vanq Qişan da iştirak edə bilər. Dəfn mərasimində Rusiya nümayəndələri iştirak etməyəcək.