İranda qadınlar hicabını "səhv" geyindiyinə görə polis tərəfindən döyülən qızın ölümündən sonra etiraz olaraq saçlarını kütləvi şəkildə kəsməyə və hicab yandırmağa başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə iranlı jurnalist və fəal Məsih Əlinejad məlumat yayıb.
İranlı qadınlar qəzəblərini saçlarını kəsdirməklə və hicablarını yandıraraq, bununla da onlar Məhsa Əmininin polis tərəfindən öldürülməsinə etiraz ediblər: "Yeddi yaşımızdan hicab geyinmişik. Saçlarımızı örtməsək nə məktəbə gedə, nə də işə düzələ bilərik. Biz bu gender aparteid rejimindən bezmişik".
Bundan əlavə, jurnalist qeyd edib ki, hakimiyyət Əmininin ölümündən sonra küçələrə çıxan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və atəş açıb. Onun sözlərinə görə, bir neçə etirazçı yaralanıb.
Ağarza Elçinoğlu