Bişkekdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti işə başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, iclasda Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan rəhbərləri iştirak edirlər.
Ölkə liderləri Ala-Arça iqamətgahında toplaşıblar. Gələn hər bir dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov şəxsən qarşılayıb. Sonra Aİİ sammitinin iştirakçıları birgə şəkil çəkdirərək görüşə başlayıblar.
Tərəflər Aİİ inteqrasiyasını dərinləşdirməklə yanaşı, ümumi qaz bazarının və enerji sektorunda idarələrarası şuranın yaradılmasını müzakirə etmək niyyətindədirlər.
Ağarza Elçinoğlu