Fransanın Baş Prokurorluğu keçmiş prezident Nikola Sarkoziyə 3 il şərti həbs cəzası istəyib .
"Unikal" xəbər verir ki, bu barədə France 24 telekanalı məlumat yayıb.
Dekabrın 5-də telefon danışıqlarının “dinlənməsi” işi üzrə müraciətə baxılmasına başlanılıb. Eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir, birinci instansiya məhkəməsi onu 1 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə müttəhimlər arasında vəkil Thierry Erzog və Kassasiya Məhkəməsinin keçmiş yüksək vəzifəli məmuru Gilbert Aziber də var.
Mart ayında Parisdə 2012-ci ildə keçmiş Fransa lideri Nikola Sarkozinin prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə məhkəmə keçirilib . Müstəntiqlərin fikrincə, sabiq dövlət başçısının “Respublikaçılar” partiyasındakı və Bigmalion rabitə agentliyindəki şərikləri seçki kampaniyası üçün maksimum xərclərin aşılması faktlarını gizlətmək üçün hesabları saxtalaşdırıblar.