Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı vitse-prezident Fuat Oktay bəzi açıqlamalar verib.
"Unikal" haberler.com-a istinadən xəbər ki, Prezident Ərdoğanın maaşı ilə bağlı sualı cavablandıran Oktay, "2022-ci ilin ikinci yarısında və 2023-cü il üçün ayırmalarda artım olmayıb. 2022-ci il büdcəsində prezidentimizin aylıq maaşı cəmi 66 min 445 TL-dir (6 min 60 azn). Bu tarixdən bəri Prezidentimizin maaşında heç bir artım olmayıb", - deyə bildirib.
Çıxışlardan sonra Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Cumhurbaşkanlığı və ona bağlı qurumların 2023-cü il büdcəsi qəbul edilib.
Gülayə Mecid