Ticarətçilər Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Türkiyə, Qazaxıstan və Ermənistandan istifadə edirlər.
"Unikal" xəbər verir ki, bu barədə Latviyanın baş naziri Krisjanis Karins bu gün estoniyalı və litvalı həmkarları ilə müzakirələrdən sonra bildirib.
Onun sözlərinə görə, üç Baltikyanı ölkə Rusiyaya qarşı sərt sanksiyaların ən qızğın tərəfdarıdır: "Bu boşluqlara diqqət yetirmək çox vacibdir, əgər statistikanı təhlil etsəniz, görərsiniz ki, Qazaxıstan, Ermənistan və Türkiyədə bəzi sahələrdə ticarət çox yüksək artmaqdadır, bu, keçmişdə qeydə alınan məlumatlarla müqayisə oluna bilməz. Aydındır ki, sanksiyalara əməl etməyən ölkələrin ticarətçiləri qanuni əməliyyatlar aparıb sonra malları Rusiyaya göndərmək üçün yollar tapırlar".
Ağarza Elçinoğlu